Kalaşnikov ADEX 2026-da yeni hücum tüfənglərini nümayiş etdirib
Rusiyanın “Kalaşnikov” Qrupu Bakıda keçirilən ADEX 2026 beynəlxalq müdafiə sərgisində yeni silah və hərbi texnologiyalarını təqdim edib.

Rusiyanın “Kalaşnikov” Qrupu Bakıda keçirilən ADEX 2026 beynəlxalq müdafiə sərgisində yeni silah və hərbi texnologiyalarını təqdim edib.
TASS-ın sərgidən verdiyi məlumata görə, şirkət 7,62 mm-lik AK-15SC və AK-15C kompakt hücum tüfənglərini, həmçinin KUB-2E və KUB-10ME idarə olunan sursatlarını nümayiş etdirib.
“Kalaşnikov” Qrupunun nümayəndəsi bildirib ki, KUB-2E və KUB-10ME Azərbaycanda ilk dəfə təqdim olunur. Şirkətin nümayiş etdirdiyi yeni atıcı silahlar arasında isə kiçik ölçülü AK-15SC və qısaldılmış AK-15C modelləri yer alır.
Sərgidə şirkət, həmçinin müxtəlif atıcı silahlar, sursatlar, pilotsuz uçuş aparatları, xüsusi avadanlıqlar, gəmiqayırma sənayesi üçün məhsullar və reaktiv zireh nümunələrini təqdim edir.
ADEX 2026 Bakıda keçirilən beynəlxalq müdafiə sərgisidir və sərgidə müxtəlif ölkələrdən müdafiə sənayesi şirkətləri iştirak edir.