Capitalist.az
İqtisadiyyat

Neft-qazdan tikintiyə: Azərbaycan iqtisadiyyatında zəifləyən sahələr

· 4 dəq ·

Neft-qaz hasilatı azalır, tikinti geriləyir, qeyri-neft artımı isə gözləniləndən zəifdir. Rəsmi göstəricilər sabitlik göstərsə də, bir sıra sahələr ciddi risk zonasındadır.

Neft-qazdan tikintiyə: Azərbaycan iqtisadiyyatında zəifləyən sahələr

Neft-qaz hasilatı azalır, tikinti geriləyir, qeyri-neft artımı isə gözləniləndən zəifdir. Rəsmi göstəricilər sabitlik göstərsə də, bir sıra sahələr ciddi risk zonasındadır. 2026-cı ilin yanvar–sentyabr aylarında ölkə iqtisadiyyatı 1,5 faiz, qeyri-neft-qaz sektoru isə 2,6 faiz artıb, bu sektorun ÜDM-dəki payı 70 faizi ötüb. İlin sonuna ÜDM üçün 1,7 faiz, qeyri-neft-qaz ÜDM üçün 3,1 faiz artım proqnozlaşdırılır. Müqayisə üçün: 2020-ci ildən bəri qeyri-neft-qaz iqtisadiyyatı hər il orta hesabla 5 % böyüyüb. Yəni tempin yavaşladığı aydın görünür. Daha doğrusu artım var, amma zəifdir. Rəsmi qurumlar qeyri-neft sektorunu iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirir. Müstəqil analitiklər isə fərqli vurğu edir: qeyri-neft artımının kəskin zəifləməsi, tikintidəki geriləmə, investisiya və ixracın xammaldan asılılığı şaxələndirmənin məhdud olduğunu göstərir. Hər iki baxışı nəzərə almaq lazımdır. Aşağıdakı sahələr isə mövcud statistikaya görə ən çox təzyiq altındadır. Ən kəskin mənzərə Tikinti və daşınmaz əmlak sektorundadır. 2026-cı ilin birinci yarısında tikinti sektorunda real ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azalıb. Eyni zamanda xərclər artır. Qiymətləndiricilər Palatasının hesablamalarına görə, tikinti indeksi ilin əvvəlindən 10,2% yüksəlib, bu isə 5,5% olan illik inflyasiyanı xeyli üstələyir, artımın 81%-i material qiymətlərinin payına düşür. Bu sektorda istehsal həcmi azalır, maya dəyəri artır. Bu, tikinti şirkətlərinin, tikinti materialları istehsalçılarının, mənzil bazarının və onunla bağlı yüzlərlə kiçik biznesin gəlirliliyinə zərbə vurur. Dövlət gəlirlərinin əsas qaynağı olan Neft-qaz sektoru və ona bağlı təchizat zənciri kiçilir. Yanvar–oktyabr aylarında neft-qaz sektorunun real həcmi 0,9% azalıb, üstəlik bu, sektora kapital qoyuluşlarının artdığı dövrdə baş verib. Bunun fonunda sənaye istehsalı real ifadədə 0,7% azalıb, qeyri-neft-qaz sənayesi isə 4,8% artsa da, bu artım xammal sektorundakı azalmanı kompensasiya etmir. Neft-qaz gəlirlərinin azalması uzunmüddətli perspektivdə dövlət büdcəsinin imkanlarına, ixrac gəlirlərinə, xidmət və təchizat şirkətlərinə təsir göstərə bilər. Bu isə dövlət sifarişlərindən asılı olan sahələrə dolayı yolla keçir. Turizm sektorunda da qarışıq siqnallar var. Azadlıq Radiosunun oktyabr tarixli yazısının başlığına görə, Azərbaycan otellərində gecələyənlərin sayı azalıb, gəlirlər isə azalmayıb. Bu, bir tərəfdən qiymətlərin artdığını göstərə bilər, digər tərəfdən isə tələbin zəifləməsi riskinə işarədir. Qiymət artımı hesabına qorunan gəlir davamlı model deyil, xüsusilə regionda rəqabət güclənəndə. Kiçik və orta biznesin kreditləşməsindən Bank sektoru qazanc əldə etsə də, Turan analitik xidmətinin başlığına görə banklar mənfəəti artırıb, lakin kredit artımı zəifləyir. Mərkəzi Bankın məlumatına görə, kredit artımında xüsusilə tikinti sektorunda kreditləşmənin genişlənməsi rol oynayıb. Tikintidəki geriləmə bu kreditlərin keyfiyyəti baxımından risk yarada bilər. Kredit mühitinin sərtləşməsi isə ilk növbədə kiçik və orta sahibkarlara təsir edir. İnflyasiya kəskin deyil, lakin hiss olunur. 2026-cı ilin yanvar–sentyabr aylarında orta illik inflyasiya 5,7 % olub, İ nflyasiya ( Əhalinin alıcılıq qabiliyyəti və istehlak sektoru) kəskin deyil, lakin hiss olunur. 2026-cı ilin yanvar–sentyabr aylarında orta illik inflyasiya 5,7 % olub, Mərkəzi Bank isə il üçün 5,9 % gözləyir. Qiymət artımı gəlirlərdən sürətli olarsa, ilk növbədə xırda pərakəndə satış, restoran-kafe və xidmət sektorları zərər görür. Bundan əlavə, idxaldan asılı sahələr (qida məhsulları, tikinti materialları, texnika) qlobal qiymət və valyuta dəyişikliklərinə daha həssasdır. Mənzərə tamamilə qara deyil. İxrac artır , Yanvar–sentyabrda qeyri-neft-qaz ixracı 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib. Bu, güclü artım göstəricisidir, lakin baza hələ kiçikdir və neft-qaz gəlirlərinin itkisini tam əvəzləmək üçün kifayət etmir. ING bankı da proqnozlaşdırır ki, yaxın üç ildə qeyri-neft-qaz iqtisadiyyatının dinamikası neft sektorunun göstəricilərini əhəmiyyətli dərəcədə qabaqlayacaq. Ümumılkdə , İqtisadiyyatın ümumi sabitliyi qorunur, lakin onun altındakı struktur zəifdir. Ən böyük təhlükə sahələrin eyni vaxtda zəifləməsindən ibarətdir: neft-qaz kiçilir, tikinti geriləyir, qeyri-neft artımı isə bu boşluğu tam doldura bilmir. Şaxələndirmənin real nəticə verməsi üçün xammaldan kənar ixracın, emal sənayesinin və kənd təsərrüfatının dəstəklənməsi, tikinti xərclərinin nəzarətdə saxlanması və kiçik biznes üçün sabit kredit mühitinin qorunması vacibdir.

Oxşar xəbərlər