Ukrayna 2027-ci ildə BVF-yə 2 milyard dollardan çox ödəniş edəcək
Ukraynanın Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcu 14 milyard dolları ötüb. Ölkənin 2046-cı ilədək fond qarşısındakı ümumi ödəniş öhdəliklərinin isə təxminən 20 milyard dollara çatacağı gözlənilir.

Ukraynanın Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcu 14 milyard dolları ötüb. Ölkənin 2046-cı ilədək fond qarşısındakı ümumi ödəniş öhdəliklərinin isə təxminən 20 milyard dollara çatacağı gözlənilir.
Capitalistaz.com TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun rəsmi məlumat bazasına əsasən, Ukrayna 2027-ci ildə fonda 2 milyard dollardan çox borc ödənişi həyata keçirməlidir.
BVF-nin ödəniş cədvəlinə görə, 2027-ci il üçün nəzərdə tutulan ödənişlərin həcmi təxminən 1,49 milyard xüsusi borclanma hüququ (SDR) təşkil edir.
2026-cı ilin sonunadək isə Ukraynanın ümumi dəyəri 250 milyon dollardan çox olan iki ödəniş həyata keçirməsi nəzərdə tutulur. Bu ödənişlər noyabrın 24-ü və dekabrın 9-na planlaşdırılıb.
Son hesablamalara əsasən, Ukraynanın BVF qarşısındakı mövcud borcu 14 milyard dolları keçib. Əsas borc, faizlər və əlavə ödənişlər nəzərə alınmaqla, ölkənin 2046-cı ilədək fonda ümumilikdə təxminən 20 milyard dollar ödəməsi nəzərdə tutulur.
Müharibənin yaratdığı iqtisadi çətinliklər, dövlət büdcəsinin artan maliyyə ehtiyacları və xarici borc öhdəlikləri Ukraynanın uzunmüddətli maliyyə dayanıqlılığına təsir göstərən əsas amillər sırasındadır.
Mənbə: TASS, BVF-nin məlumat bazası.