Capitalist.az
İqtisadiyyat

Yaponiyanın valyuta ehtiyatları rekord həddə azaldı!

· 1 dəq ·

Yaponiyanın valyuta ehtiyatları avqust ayında 79,6 milyard dollar azalaraq 1,208 trilyon dollara düşüb.

Yaponiyanın valyuta ehtiyatları rekord həddə azaldı!

Yaponiyanın valyuta ehtiyatları avqust ayında 79,6 milyard dollar azalaraq 1,208 trilyon dollara düşüb. Bu, 2000-ci ildən bəri qeydə alınan ən böyük aylıq azalmadır. Azalmanın əsas səbəbi Yaponiyanın yenin dəyərini qorumaq üçün həyata keçirdiyi böyük valyuta müdaxiləsidir. Yaponiya Maliyyə Nazirliyi 30 iyul–26 avqust tarixləri arasında təxminən 98,7 milyard dollar xərcləyərək yen alıb . Bu, bir ay ərzində həyata keçirilən ən böyük yen alışıdır. Müdaxilədən əvvəl dollar qarşısında yenin məzənnəsi 164 səviyyəsinə qədər zəifləyib. Müdaxilədən sonra isə məzənnə əvvəlcə 155,20-yə düşüb, daha sonra 160 ətrafında hərəkət edib. Sentyabrın əvvəlində isə 155–156 aralığında sabitləşib.

Yaponiya bu əməliyyatları maliyyələşdirmək üçün ABŞ Xəzinədarlıq istiqrazları da daxil olmaqla bəzi xarici aktivlərini satıb. Nəticədə ölkənin xarici qiymətli kağızları üzrə ehtiyatları avqust ayında 87,7 milyard dollar azalıb .

Müdaxilənin digər mühüm tərəfi isə ABŞ-la koordinasiya olub. Bu, 2011-ci ildəki Fukuşima böhranından sonra Yaponiya və ABŞ-ın ilk birgə valyuta müdaxiləsi hesab olunur. Hazırda bazarlar 17–18 sentyabrda keçiriləcək Yaponiya Bankının iclasını gözləyir. Faiz artımı yenin möhkəmlənməsinə səbəb ola bilər. Əks halda dollar/yen məzənnəsinin yenidən 160 səviyyəsini keçməsi ehtimalı gündəmdədir. Bu dəyişikliklər Türkiyə və digər inkişaf etməkdə olan ölkələr üçün də əhəmiyyətlidir. Yaponiyada faizlərin artması qlobal kapital axınlarına və dolayısı ilə dollar/TL məzənnəsin ə təsir göstərə bilər.

Oxşar xəbərlər