Ağdamda iqtisadi fəallıq artır: Sənaye istehsalı 959 milyon manata çatıb
Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 246 milyon 914,2 min manat təşkil edib.

Bu ilin yanvar–oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 246 milyon 914,2 min manat təşkil edib.
Bitkiçilik məhsullarının payına 159 milyon 90,7 min manat, heyvandarlıq məhsullarının payına isə 87 milyon 823,5 min manat düşüb. Bu göstəricilər Ağdamın iqtisadi həyatının bərpasını və bölgədə istehsalın inkişafını əks etdirir.
Ağdamın sosial-iqtisadi inkişafı üçün atılan addımlar davam etdirilir. Bölgədə yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması və yerli istehsalın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.