Capitalist.az
Maliyyə

Aİ-də yeni avtomobil satışları 4,5% artıb.

· 1 dəq ·

Avropa İttifaqında (Aİ) yeni avtomobil satışları avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artaraq 708 211 ədədə çatıb.

Aİ-də yeni avtomobil satışları 4,5% artıb.

Avropa İttifaqında (Aİ) yeni avtomobil satışları avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artaraq 708 211 ədədə çatıb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, avqust ayında Aİ-də satılan yeni avtomobillərin 33,2 faizini hibrid, 27,7 faizini elektrik, 18,9 faizini benzin, 11,1 faizini plug-in hibrid, 6,4 faizini isə dizel avtomobillər təşkil edib.

Elektrikli avtomobillərin satışında daha yüksək artım qeydə alınıb. Belə avtomobillərin satışı illik müqayisədə 62,7 faiz artaraq 196 486 ədədə yüksəlib. Elektrik, hibrid və plug-in hibrid avtomobillərin ümumi bazardakı payı 72 faiz olub.

Aİ-nin əsas avtomobil bazarlarında da artım müşahidə edilib. Avqust ayında satışlar Almaniyada 2,6 faiz, İtaliyada 3,2 faiz, Fransada 7,4 faiz, İspaniyada isə 11,8 faiz artıb.

Yanvar-avqust aylarında Aİ-də yeni avtomobil satışları illik müqayisədə 5,3 faiz artaraq 7 546 397 ədədə çatıb.

Avqust ayında Aİ bazarında ən çox avtomobil satan istehsalçı Volkswagen Qrupu olub. Şirkət 183 617 avtomobil satıb. Stellantis Qrupu 99 145 satışla ikinci, Renault Qrupu isə 66 456 satışla üçüncü sırada yer alıb.

Oxşar xəbərlər