ARDNF-nin qızıl ehtiyatları 178,1 tona enib
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 178,1 ton təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 178,1 ton təşkil edib.
Capitalistaz.com xəbər verir ki, bu barədə ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatında qeyd olunub.
Hesabata əsasən, Fondun 74 milyard 3 milyon dollarlıq ABŞ dolları portfelinin 23 milyard 934,7 milyon dollarını qızıl investisiyaları təşkil edib. Bu, portfelin 32,3%-nə bərabərdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ARDNF-nin qızıl ehtiyatları 184,8 ton olub.