Capitalist.az
Maliyyə

Azər Ələsgərov Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin edilib.

· 1 dəq ·

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru vəzifəsinə təyin olunub.

Azər Ələsgərov Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru vəzifəsinə təyin olunub.

"Report"un məlumatına görə, bununla AMB-də baş direktorların sayı yenidən 10-a çatıb. Ələsgərov avqust ayında işdən çıxmış Vüqar Əhmədovun yerinə gətirilib.

Azər Ələsgərov 1977-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr, 1999-cu ildə isə eyni ixtisas üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildə AMB-nin Pul-kredit siyasəti departamentində aparıcı ekspert kimi başlayıb. 2000-ci ilə qədər həmin departamentdə aparıcı iqtisadçı işləyib. 2000-2005-ci illərdə Monetar siyasət departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı, sonra şöbə rəisi olub. 2005-2009-cu illərdə Pul siyasəti departamentində Pul və məzənnə siyasəti şöbəsinin rəisi, departament direktorunun müavini vəzifələrində çalışıb. 2009-cu ilin iyunundan baş direktor təyinatına qədər Pul siyasəti departamentinə rəhbərlik edib.

Oxşar xəbərlər