Şimali Koreya süni intellektli raket sınağını açıqladı.
Pxenyan orta mənzilli raketin uçuş zamanı trayektoriyasını dəyişə bildiyini və süni intellektlə inteqrasiya olunduğunu iddia edir.

Pxenyan orta mənzilli raketin uçuş zamanı trayektoriyasını dəyişə bildiyini və süni intellektlə inteqrasiya olunduğunu iddia edir.
Şimali Koreya hərbi təlimlər çərçivəsində süni intellektlə inteqrasiya olunmuş orta mənzilli raketin buraxılışını həyata keçirdiyini açıqlayıb.
KCNA-nın məlumatına görə, raket Şərq dənizi istiqamətində buraxılıb. Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq bildirib ki, raket aşağı hündürlükdə uçuş trayektoriyasını dəyişmək imkanına malik olub və “düşmən hədəfləri” tərəfindən ələ keçirilməyib.
Cənubi Koreyanın Baş Qərargahı isə raketin təxminən 700 kilometr məsafə qət etdikdən sonra Şərq dənizinə düşdüyünü açıqlayıb.
Cənubi Koreya və ABŞ kəşfiyyat orqanlarının buraxılışı əvvəlcədən izlədiyi və məlumat mübadiləsi apardığı bildirilib.
Seulun məlumatına görə, raketin uçuş göstəriciləri təhlil edilir. Şimali Koreyanın süni intellekt texnologiyasının raket sisteminə inteqrasiyası ilə bağlı açıqlaması isə müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Cənubi Koreya Prezidenti Li Ce Myonq oktyabrın 1-də Pxenyanla hərbi gərginliyin azaldılması və iki ölkə arasında etimadın yaradılması istiqamətində addımların davam etdiriləcəyini bildirib.