Capitalist.az
İqtisadiyyat

Hörmüz boğazındakı məhdudiyyətlər taxıl qiymətlərini 80%-ə qədər artıra bilər

· 1 dəq ·

Hörmüz boğazından keçən gəmiçiliklə bağlı məhdudiyyətlərin davam etməsi dünyanın bəzi bölgələrində taxıl qiymətlərinin 80%-ə qədər artmasına səbəb ola bilər.

“Beynəlxalq Ticarət Palatası”nın (ICC) baş katibi Con Denton “The Wall Street Journal”a açıqlamasında bildirib ki, əsas risk mineral gübrələrin tədarük zəncirində yaranan problemlərlə bağlıdır.

Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyət qlobal gübrə ticarətinin təxminən 40%-nə təsir edib. Logistika marşrutlarının dəyişdirilməsi ilə bağlı çətinliklər nəticəsində bazarda təxminən 2,7 milyon ton gübrə çatışmazlığı yarana bilər.

Denton qeyd edib ki, gübrəyə olan tələbatının 90%-ə qədərini idxal hesabına qarşılayan Filippin kimi ölkələr mövcud vəziyyətdə daha yüksək risklə üzləşir.

Ekspertin qiymətləndirməsinə əsasən, gübrə tədarükündə yaranan problemlərin uzanması kənd təsərrüfatı xərclərini və nəticə etibarilə ərzaq qiymətlərini artıra bilər.

Oxşar xəbərlər