Capitalist.az
Maliyyə

Mərkəzi bank rəhbərləri İstanbul İqtisadi Forumunda bir araya gələcək

· 1 dəq ·

Oktyabrın 8-9-da İstanbulda keçiriləcək İstanbul İqtisadi Forumunda dünyanın müxtəlif ölkələrindən mərkəzi bank rəhbərləri və yüksək səviyyəli siyasətçilər bir araya gələcək.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) təşkilatçılığı ilə keçiriləcək forum İstanbul Maliyyə Mərkəzində baş tutacaq.

Tədbirdə Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşək, TCMB sədri Fatih Karahan, İngiltərə Bankının sədri Endryu Beyli və ABŞ Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü Kristofer Uoller iştirak edəcək.

Forumda ümumilikdə 2 nazir, 16 mərkəzi bank sədri və 8 mərkəzi bank sədrinin müavininin iştirakı gözlənilir.

İştirakçılar qlobal iqtisadiyyatda artan parçalanma, qeyri-müəyyənlik şəraitində pul siyasəti, borc dinamikası, eləcə də süni intellekt və rəqəmsal innovasiyaların makroiqtisadi siyasətə təsiri kimi aktual məsələləri müzakirə edəcəklər.

Forum beynəlxalq iqtisadi siyasət üzrə dialoq və əməkdaşlığın gücləndirilməsi, müxtəlif ölkələrin təcrübələrinin bölüşülməsi və qlobal iqtisadiyyatın gələcəyinə dair fikir mübadiləsinin aparılması üçün platforma rolunu oynayacaq.

Tədbirin əsas məqsədlərindən biri daha dayanıqlı, innovativ və güclü qlobal iqtisadiyyatın formalaşdırılmasına töhfə verməkdir.

Oxşar xəbərlər