Capitalist.az
Maliyyə

Otokar 1,47 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb.

· 1 dəq ·

Türkiyənin “Otokar Otomotiv ve Savunma Sanayi A.Ş.” şirkəti müxtəlif növ təkərli zirehli nəqliyyat vasitələrinin tədarükünü və bu vasitələrlə bağlı inteqrasiya edilmiş logistika xidmətlərini əhatə edən 1 milyard 472 milyon 80 min 360 ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb.

Şirkət bununla bağlı məlumatı Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edib.

Bildirilib ki, müqavilə çərçivəsində müxtəlif növ təkərli zirehli nəqliyyat vasitələrinin və onların ehtiyat hissələrinin tədarükü, eləcə də logistika xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Müqavilə ilə bağlı rəsmi sənədlərin əldə edilməsi, təhlükəsizlik prosedurlarının tamamlanması və avans ödənişinin həyata keçirilməsindən sonra onun qüvvəyə minməsi planlaşdırılır.

Məlumata görə, müqavilə üzrə tədarüklərin 2027-ci ildən başlayaraq üç il ərzində partiyalar şəklində həyata keçirilməsi nəzərdə tutulur. Müqavilənin ümumi qüvvədəolma müddəti isə yeddi il olacaq.

Oxşar xəbərlər