Capitalist.az
Elm və texnologiya

Rusiya Starlink-ə alternativ peyk şəbəkəsi qurur

· 1 dəq ·

Putin Moskvada Rusiya-Afrika Zirvəsi çərçivəsində keçirilən sərgini ziyarət edərkən amerikalı tərəfdaşlarla, o cümlədən İlon Maskla əlaqələrin saxlanıldığını deyib.

Rusiya Starlink-ə alternativ peyk şəbəkəsi qurur

Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə siyasi fikir ayrılıqlarına baxmayaraq, kosmik sahədə əməkdaşlığın davam etdiyini bildirib.

Putin Moskvada Rusiya-Afrika Zirvəsi çərçivəsində keçirilən sərgini ziyarət edərkən amerikalı tərəfdaşlarla, o cümlədən İlon Maskla əlaqələrin saxlanıldığını deyib. Onun sözlərinə görə, orbitdə qarşılıqlı maneələrin qarşısını almaq və müəyyən qaydaları qorumaq vacibdir.

Putin Rusiya Kosmik Agentliyinin (Roskosmos) və digər Rusiya şirkətlərinin ABŞ tərəfdaşları ilə birgə işləməyə davam etdiyini də vurğulayıb.

O, həmçinin Rusiyanın Starlink-ə rəqib olacaq “Rassvet” adlı aşağı orbitli peyk sistemi hazırladığını açıqlayıb. Putin İlon Maskın rəhbərlik etdiyi peyk şəbəkəsinin miqyasına diqqət çəkərək, onun orbitdə 5000-dən çox peykinin olduğunu, Rusiyanın isə bu sahədə hələ ilkin mərhələdə olduğunu bildirib.

“Rassvet” layihəsi Rusiyanın rabitə və peyk infrastrukturunda xarici ölkələrdən asılılığını azaltmağa yönəlib.

Oxşar xəbərlər