Capitalist.az
Maliyyə

Azərbaycanda Yeni Alüminium Zavodu Gündəmdədir .

· 1 dəq ·

Azərbaycanın metallurgiya sənayesində irimiqyaslı yeni bir layihənin reallaşdırılması imkanları nəzərdən keçirilir. Ölkədə özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olan yeni ilkin alüminium müəssisəsinin yaradılması planlaşdırılır.

Bu barədə bəndlər “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Dövlət Proqramına əsasən, yaxın illərdə layihənin həyata keçirilməsi imkanları və potensial investorlar müəyyən ediləcək, böyük xarici və yerli şirkətlərlə danışıqlar aparılacaq və səmərəli investisiya modeli formalaşdırılacaq.

Proqramda qeyd olunan mühüm məqamlardan biri budur ki, sənəd zavodun mütləq tikiləcəyini bəri başdan vəd etmir. İlk növbədə layihənin iqtisadi və investisiya baxımından nə dərəcədə mümkün və gəlirli olduğu (Texniki-İqtisadi Əsaslandırılması) kompleks şəkildə qiymətləndiriləcək. Yalnız bu araşdırmaların yekununda yeni müəssisənin yaradılması barədə yekun qərar qəbul ediləcək və investor seçimi rəsmiləşəcək.

Ekspertlərin fikrincə, illik 200 min tonluq istehsal gücü Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də ağır sənayenin ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Ölkənin əlverişli coğrafi mövqeyi, logistik imkanları və daxili enerji resursları bu sənaye nəhənginin gələcəkdə qlobal bazarda, xüsusən də Avropa və yaxın regionlarda rəqabət qabiliyyətliliyini təmin edən əsas amillərdən olacaq.

Oxşar xəbərlər