Capitalist.az
Marketinq

Yerli fermerləri, istehsalçıları və alıcıları bir araya gətirən yeni onlayn platforma

· 1 dəq ·

Platformanın əsas məqsədi fermerləri, yerli məhsul satıcılarını, restoranları, marketləri və digər alıcıları vahid rəqəmsal mühitdə bir araya gətirməkdir.

Yerli fermerləri, istehsalçıları və alıcıları bir araya gətirən yeni onlayn platforma

Azərbaycanda yerli kənd təsərrüfatı məhsullarının istehsalçı və satıcılardan alıcılara daha rahat çatdırılmasını dəstəkləyən yeni rəqəmsal marketplace – SannFresh fəaliyyətə başlayıb.

Platformanın əsas məqsədi fermerləri, yerli məhsul satıcılarını, restoranları, marketləri və digər alıcıları vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. SannFresh vasitəsilə istifadəçilər meyvə, tərəvəz, süd məhsulları, yumurta, bal, turşu, mürəbbə, ədviyyat və digər yerli məhsulları kəşf edə bilərlər.

Platforma istehsalçı və satıcılara məhsullarını onlayn təqdim etmək, daha geniş auditoriyaya çatmaq və potensial alıcılarla əlaqə yaratmaq imkanı verir. Alıcılar isə ehtiyac duyduqları məhsulları daha rahat şəkildə tapa bilirlər.

SannFresh-in əsas istiqamətlərindən biri kənd təsərrüfatı məhsullarının satış prosesində yaranan çətinlikləri azaltmaqdır. Xüsusilə mövsümi məhsulların bazara çıxarılması və yeni müştərilərə çatdırılması üçün əlavə imkanlar yaradır.

Platforma eyni zamanda məhsul itkisinin və israfının azaldılmasına töhfə verməyi hədəfləyir. Beləliklə, SannFresh yerli istehsalçı ilə istehlakçı arasında əlaqəni asanlaşdıran rəqəmsal marketplace kimi fəaliyyət göstərir.

Oxşar xəbərlər